K.Sayns: “Arxayınlaşmaq olmaz”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns sərbəst yürüşlərdən sonra bildirib ki, arxayınlaşmaq olmaz.

F-1.az xatırladır ki, Karlos Sayns cümə gününü 7-ci yerdə bağlayıb.

Karlos Sayns: “Mövsümün ilk sessiyaları bizim üçün gözəl başladı. Proqramımızı ən yaxşı formada davam etdirdik və günü problemsiz bağladıq. Əsas hədəfimiz də bu idi. Amma bu, o demək deyil ki, biz arxayınlaşmalıyıq. İşimiz bundan sonra başlayır. Tempimizi qorumalı və yarışda yaxşı işlər görməliyik. Doğru sazlanmaları tapıb, sıralanma turunda yaxşı yer tutmaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*