K.Sayns: Gücümüz çatmadı

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Maks Ferstappeni keçmək üçün əlindən gələni etsə də, bolidin sürəti buna imkan verməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son 15 dövrədə rəqibi Ferstappeni qovsa da, keçə bilməyib və ikinci yerə razı olub.

Karlos Sayns: “Var qüvvəmlə hücum etdim. Əylənmədə divarlara sürtə-sürtə gedirdim. Batareyanı sona qədər istifdə edirdim. Maksı keçmək üçün hər şeyi sınadım. Lakin sancaq döngəsində ona lazımi qədər yaxınlaşıb, şikandan əvvəl onu keçəcək performansımız yox idi. Tempimiz olsa da, ötmə etmək üçün daha çox performansa ehtiyacınız olur.

Yarış performansımızdan və Maksı təzyiqdə saxlamağımızdan razıyam. Pit-stopları düzgün zamanda etdik. Əlimizdən gələni etdik və qələbəyə çox yaxınlaşdıq. Növbəti yarışda da əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*