10 Dekabr 2018, Bazar ertəsi - 22:26

N.Çester: “Bir il bəsdir”

N.Çester: “Bir il bəsdir”

Müəllif: Rauf Hacıyev, redaktor

08:07 - 02 Aprel, 2018

Renault komandasının texniki direktoru Nik Çester FİA işçilərinin komandalara keçidinin böyük təsiri olmadığını deyib və əlavə edib ki, üstünlük qazanılmadığından əmin olmaq üçün birillik fasilə bəsdir.

F-1.az xatırladır ki, əvvəlcə Renault Marçin Budkovskini, daha sonra isə Ferrari Loran Mekisi FİA-dan transfer etmişdi.

Nik Çester: “FİA komandalar tərəfindən hansı sualların soruşulacağını bilir. Amma çox vaxt sualın arxasındakı mənanı bilmirlər. Orada işləyənlər dizaynla bağlı bütün detalları bilmirlər. Hamı elə bilir ki, FİA-da işləyənlər bolidlər barədə hər şeydən xəbərdardırlar. Amma bilmirlər. Çünki hər şeyi ətraflı görə bilmirlər. Buna görə də bir il gözləmək bəsdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 167
Teqlər , , , ,
Paylaş

logo