15 Sentyabr 2019, Bazar - 18:17

K.Rəykkönen Avstraliyadan məyus ayrılır

K.Rəykkönen Avstraliyadan məyus ayrılır

Müəllif: Rauf Hacıyev, redaktor

13:33 - 26 Mart, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Avstraliya yarışı onun üçün bərbad keçib və Melburndan məyus ayrılır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 4-cü yerdən başlayıb.

Yarış ərzində yerini qoruyan Dünya Çempionu nəticənin gözəl olduğunu desə də, özündən narazı qalıb: “Albert Parkda yarışlar sıralanma turunda nöqtələnir. Burada ötmə etmək çətindir. Buna görə də sıralanma turunda yaxşı nəticə almaq vacibdir. Əks halda mübarizə aparmağın mənası qalmır.

UltraSoft təkərlərdə bir az problem yaşadım, amma Soft təkərlərdə özümü yaxşı hiss edirdim. Maksın arxadan gəldiyini gördüm, amma narahat deyildim. Burada ötmə etmək çox çətindir və templəri yox idi. Yarışın sonunda yanacağa qənaət etmək üçün tempi bir az azaltdım, amma son dövrələrdə yenidən tempi artırdım. Buradan məyus formada ayrılacam, amma komandanın potensialını gördüm və xoşbəxtəm. Sebastyan əla iş gördü. Onu və bütün komandanı təbrik edirəm. Ümid edirəm ki, sonrakı yarışlarda ön qrupda mübarizə apararam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 340
Teqlər , , ,
Paylaş

logo