Ş.Lekler: Bir söz demək üçün tezdir

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, hələ bir söz demək üçün erkəndir.

F-1.az xatırladır ki, monakolu sürücü bəhreyndəki qış testlərinin ikinci günündə 68 dövrə vurub və 1.32.725 zaman nəticəsi ilə 7-ci olub.

Şarl Lekler: “Bu gün müxtəlif testlər etdik və əsas hədəfimiz bolidin sazlanmaları idi. Çox işləyirik və hələ bir söz demə üçün çox tezdir.

Çoxlu dövrə vurduğum üçün sevincliyəm. Sabah testlərin son günündən əvvəl topladığımız məlumatları təhlil etməli və təkmilləşməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*