22 Noyabr 2019, Cümə - 07:32

S.Fettel: “Ferrari Monakoda sürətli olacaq”

S.Fettel: “Ferrari Monakoda sürətli olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

06:26 - 24 May, 2016

Sebastyan Fettel İspaniyada çətinlik çəkməklərinə baxmayaraq, inanır ki, Ferrari Monakoda daha güclü olacaq…

F-1.az xatırladır ki, Ferrari komandası Barselonaya gələndə, Markionnenin təzyiqləri ilə üz-üzə qalmışdı. Ferrari komandası Barselonada ilk qələbəni hədəfləyirdi. Amma Mercedes-lərin yarışxarıcı qaldığı yarışın qalibi Red Bull komandası oldu.

Sebastyan Fettel bildirib ki, Barselonadakı mövsümiçi testlərdə sıralanma tempi üzərində işləyən Ferrari Monakoda daha güclü olacaq: “Monakoda daha güclü olacayıq. Keçən il burada güclü idik. Monakoda ehtiyacımız olacaq bəzi şeyləri inkişaf etdirdik. Bolid həm idarəetmə cəhətdən, həm də ümumi cəhətdən daha güclüdür və bu, bizə Monakoda üstünlük gətirəcək”.

Red Bull-un güclənməsi və Renault-nun Monakoya yeni mühərrik gətirməsi Fetteli qorxutmur: “Biz öz işimizlə məşğuluq. İspaniyada şənbə gününü çıxmaq şərti ilə gözlədiyimiz qədər sürətli idik.

Şənbə günü isə istədiyimiz yerə yaxın idik, amma o həddi keçə bilmədik. Yarışda isə o həddi bir neçə dəfə keçərək, sürətli olduğumuzu göstərdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 320
Teqlər , ,
Paylaş

logo