09 Dekabr 2018, Bazar - 23:39

R.Doornbos: “Fettel az ağlasın”

R.Doornbos: “Fettel az ağlasın”

Müəllif: Rauf Hacıyev, redaktor

17:25 - 19 Aprel, 2016

Sabiq Formula1 sürücüsü Frank Montanyi hesab edir ki, Çin yarışının ən sürətli komandası Ferrari olub…

F-1.az xatırladır ki, Ferrari yarışa 3-cü və 4-cü yerdə başlayıb, amma yarışın ilk döngəsində insident yaşayıblar. İtalyanlar yarışı 2-ci və 5-ci yerdə bitiriblər.

Ferrari-nin performası barədə danışan Montanyi bildirib ki, Ferrari Çin yarışının ən sürətli komandası olub: “Ferrari həftəsonunun ən sürətli komandası idi. Onlar 2-ci və 5-ci yerdən yüksək nəticə ala bilərdilər, amma bəxtləri gətirmədi”.

Sabiq F1 sürücüsü Robert Doornbos isə ilk döngədəki hərəkətinə görə Kvyata təriflər yağdırıb: “Kvyatın reaksiyası əla idi. “Bu yarışdır” cavabı verilə biləcək ən gözəl cavab idi. Fettel ağlamaqdansa, öz yarışına fokuslansın”.

İtaliya mətbuatı bildirib ki, Ferrari-nin performansı Mercedes-i qorxudub: “Ferrari nəhayət ki, rəqiblərini qorxutdu. Rosberq rahatlıqla qələbə qazandı, amma Fettel zədələnmiş bolid ilə çox güclü və etibarlı olduğunu göstərdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər , , , , ,
Paylaş

logo