K.Rəykkönen: “Yeni mühərrikdən möcüzə gözləmirik”

Kimi Rəykkönen Ferrari-nin Kanada QP üçün hazırladığı yeni mühərrikdən möcüzə gözləmir.

F-1.az xatırladır ki, Ferrari Kanada QP üçün yeni turbin və kompressor hazırlayıb. Bu yeniliklərlə mühərrikdəki etibarlılıq problemlərini həll etmək və ERS sistemindən daha çox güc almaq hədəflənir. Rəykkönen düşünür ki, bu yeniliklər gələcək üçün böyük addımdır: “Bu irəliyə doğru bir addım olacaq. Nə qədər böyük addım olar? Bunu vaxt göstərəcək. Bu yeni detaldır və biz bunun bizi gücləndirəcəyinə inanmasaydıq, onda bolidə qoymazdıq.

Nə qədər böyük addım olacaq? Möcüzə gözləmirəm. Gözləyirəm ki, bu da digər gətirdiyimiz yeni detallar kimi doğru yönə getməyimizə kömək edər. Birdən sehirli heç nə olmayacaq. Komanda inkişaf etmək üçün işləyir və bu da çox normaldır”.

Rəykkönen Ferrari-nin qələbə qazana bilməməsinə baxmayaraq, tezliklə yaxşı nəticələr alacağını düşünür: “Bolid bütün sahələrdə keçən ilə nisbətən daha güclüdür. Amma nəticələr bunu əks etdirmir. Komanda olaraq mövsümə yaxşı başlamadıq, ancaq əgər biz işləməyə davam etsək, bunun qarşılığını alacayıq. Hələ istədiyimizi edə bilməmişik, amma bolidi təkmilləşdirə bildik. Onsuz da komanda olaraq həmişə bunu etmək istəmişik.

Zəif sahələrin üzərində işləyirik və həmişə daha yaxşı nəticələr və qələbə hədəfləyirik. Bu il mövsümə pis başladıq, ancaq bunu dəyişdirə bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*