M.Ferstappen: Startdakı problemi araşdırmalıyıq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, startda yerini itirməsini araşdırmalıdırlar.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışın startında yaxşı tərpənə bilməyib və nəticəsə Norris onu keçib. Lakin yarışın 5-ci dövrəsində Maks yenidən liderliyə yüksəlib və sona qədər bunu əldən verməyib.

Beləliklə, Red Bull komandası ardıcıl 11-ci qələbəni qazanaraq, McLaren-in 1988-ci ildəki rekordunu təkrarlayıb. Bu, eyni zamanda Ferstappenin ardıcıl 6-cı qələbəsidir.

Maks Ferstappen: “Bəli, start bərbad idi. Bunun səbəbini anlamalıyıq. Ancaq daha sonra Lando və McLaren çox sürətli idi. Bir müddətdən sonra fərqi açmağa başladım. Hər şey qaydasında idi.

Ancaq təhlükəsizlik maşınından sonra Soft rəkərkərə keçmək riskli idi. Onları qorumaq lazım idi. Fərqi 3-3.5 saniyədə tutduq. Yenidən qalib gəldiyimiz üçün sevinirəm. Komanda olaraq ardıcıl 11 qələbə qazandıq. Bu, inanılmaz haldır. Ancaq bu gün işlər elə də asan olmadı”.

Maks Ferstappen startdakı problemi drift yarışına bənzədib: “Dördüncü gün marketinq tədbiri kimi drift şousu etmişdik. Bu gün startda eynisini etmiş kimi hiss etdim. Start elə də yaxşı deyildi. Əslində çox pis idi. Buna görə də səbəbini anlamalıyıq, çünki son startlarımız yaxşı idi. Ən azından yarış daha maraqlı oldu. Limitlərdə sürməli oldum. Lando mübarizə aparmadı və mənə qarşı yumşaq davrandı. Ancaq sonradan yenə DRS məsafəsinə girdi. Bu gün çox sürətli idilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*