K.Horner: Maks Lyuisi eyni maşında udar

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappenlə Lyuis Həmilton eyni komandada yarışsa, niderlandlı sürücü öndə olar.

F-1.az xatırladır ki, niderlandlı sürücü keçən mövsüm 10-u qələbə olmaqla, 18 dəfə podiuma yüksəlib və Dünya Çempionu titulunu qazanıb.

Kristian Horner: “Lyuisin uğurlarını gözardı etmək olmaz. İdman tarixinin ən güclülərindəndir və statistika cəhətdən ən yaxşıdır. Amma Maksla Lyuis eyni maşında yarışsaydılar, kimin qələbə qazanacağını bilirəm. Maksla mümkünsün deyə bir şey yoxdur. Ciddədə güclü olacağımızı gözləmirdim, amma rəqabətədavamlı idik. Bu, Maksa görə idi. Onun qədri bilinmir.

Valtteri və Lyuis bir-birlərinə yaxın idilər. Niko Rosberq də Lyuisə yaxın olurdu. Maks bu il RB16B-dən maksimumu aldı. Yaydan etibarən Mercede sürətlənsə də, Maksın sürüş tərzi ona kömək etdi. Rəqibinə nisbətdə zəif maşınla əla iş gördü və insanlar bunu gözardı edirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*