K.Horner Renault-nu tənqid edib

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Renault mühərrikləri onları geriyə salır.

F-1.az xatırladır ki, Avstriya təmsilçisinin sürücüləri mövsümün ilk yarışında 4-cü və 6-cı yerləri tutublar. Horner qələbənin mühərriyə görə gəlmədiyini düşünür: “Avstraliyada ötmələrin çətin olması yüksəlməyimizi əngəllədi. Bəhreyn və Çində isə hücum etmək üçün fürsətlərimiz olacaq. Lakin bu traslar bizim zəif yönlərimizi ortaya çıxara bilər. Renault sürətlənmədə rəqiblərindən geridə qalır. Buna görə onlardan inkişaf gözləyirik. Bunun hesabına mübarizə apara bilərik. Sözün açığı, nə vaxta inkişaf edərlər bilmirəm. Ferrari və Mercedes son illərdə çox inkişaf edib. Renault da təkmilləşir, amma rəqiblərindən geri qalır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*