K.Horner: “Red Bull Ferrari-dən qorxmur”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, onların Ferrari ilə ikincilik mübarizəsi aparması üçün heç bir əskikləri yoxdur.

F-1.az xatırladır ki, Red Bull son iki yarışda Ferrari-dən çox xal qazanaraq, italyanlarla fərqi 6 xala endirib. Kristian Horner bildirib ki, onlar güclü şassiyə və iki güclü sürücüyə sahib olduqları üçün Ferrari-yə qarşı mübarizədə geridə qalmayacaqlar.

Horner jurnalistlərin “Red Bull Ferrari-dən hansı sahədə geri qalır” sualına belə cavab verib: “Heç bir sahədə. Bolidimiz çox güclüdür və 2 güclü sürücümüz var. Mühərriyimiz inkişaf edir. Qorxmalı olduğumuz bir şey yoxdur”.

Ferrari Britaniyadakı zəif formasının biryarışlıq olduğunu bildirsə də, Horner Red Bull-un növbəti yarışlarda da güclü olacağını gözləyir: “Sözün açığı mühərriyə tələbkar olan Kanada, Bakı və Avstriyada bir az zəif idik. Amma indi bizim üçün əlverişli traslar gəlir və növbəti yarışlarda bizi çətin mübarizələr gözləyir. Amma onların da heyətində 2 güclü sürücü var və əminəm ki, Ferrari inkişaf edəcək”.

Bundan başqa Horner bildirib ki, onlar 2016-cı il bolidinin təkamülünü davam etdirirlər: “Bunu uğurla bacarırıq. Hazırkı bolid üzərində işləyirik. Təkər testləri üçün müvəqqəti bir bolid hazırlamışıq. Gələnilki qayda dəyişikliyi üçün yeni bir bolid dizayn edirik. Əlimizdə olan qaynaqları doğru şəkildə bütün sahələrə paylamışıq. Bu mövzuda problemimiz yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*