18 Oktyabr 2019, Cümə - 11:25

D.Rikkardonun proqnozları

D.Rikkardonun proqnozları

Müəllif: Rauf Hacıyev, redaktor

06:11 - 17 Mart, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Sebastyan Fettel yeni mövsümdə çox güclü ola bilər.

F-1.az xatırladır ki, Ferrari komandası qış testlərində ilk iki yeri tutmuşdu.

Daniel Rikkardo: “Ferrari testlərin ilk günündən etibarən sürətli idi. Ümid edirəm ki, templərini saxlayarlar. Çünki Mercedes-lə nə qədər çox komanda mübarizə aparsa, o qədər yaxşı olar.

Hələ də tam performansımıza çatmamışıq. Çatışmayan cəhətlərimiz var və bunları düzəltmək istəyirik. Üç komanda çempionluğa oynasa, gözəl olmazmı?

Etibarlılıq cəhətdən 2014-cü ilə nisbətən güclüyük və bu bizə motivasiya verir.

Valtteri və Lyuis rəqabətində favorit Həmiltondur. Mövsümün favoriti də odur, amma Sebastyan əla gedir. Fernandonun vəziyyəti isə məni məyus etdi. Ona həm şəxsiyyət, həm də sürücü kimi hörmət edirəm. Amma hazırda vəziyyəti pisdir. Ümid edirəm ki, qısa müddətdə problemləri həll edərlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 739
Teqlər , , ,
Paylaş

logo