Mercedes Ostin üçün maşınların rəng çalarını göstərib

Ostində ABŞ Qran Prisinin həftəsonuna start verilməzdən əvvəl Mercedes komandasının maşınların bu yarış üçün hazırlanan xüsusi rəng çalarını nümayiş etdirib.

Rəng çaları Mercedes-Benz, Mercedes-AMG və Mercedes-Maybach üçün təklif olunan lüks yol avtomobillərinin fərdiləşdirmə proqramı MANUFAKTUR-la əməkdaşlıq çərçivəsində hazırlanıb. Adətən gümüşü rəngdə olan hissələr mavi çalarlarda rənglənəcək.