K.Horner: “Saynsı buraxan deyilik”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, onlar Karlos Saynsı heç yerə buraxmayacaqlar.

F-1.az xatırladır ki, keçən il ispaniyalı sürücü ilə Renault, Ferrari və Mercedes komandaları maraqlansa da, Horner gənc sürücünün transferinə icazə verməmişdi. Amma Sayns son açıqlamasında ilk üçlükdəki komandaların çox güclü olduğunu və onalrdan birində yarışmaq istədiyini deyib.

Kristian Horner: “Karlosun komanda ilə müqaviləsi var. Onu bu idmana biz qazandırqıq və getməyinə asanlıqla icazə verə bilmərik. Bu mövsüm Toro Rosso rəqabətədavamlıdır və özünü burada ən yaxşı formada göstərəcək. O hələ çox gəncdir və ona dəyər verdiyimiz üçün komandadan ayrılmasını istəmirik. Sayns barədə bəzi dedi qodular çıxır, amma buna öyrəşmişik. İşini yaxşı görsə, mükəmməl karyerası olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*