D.Rikkardo: “Bizi gözəl hekayə gözləyir”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, RB13 get-gedə güclənir.

F-1.az xatırladır ki, Rikkardo testlərin 5-ci günündə 80 saniyənin altına düşərək, builki ən yaxşı nəticəsini əldə edib.

Daniel Rikkardo: “Keçən həftə ilə müqayisədə, bu həftə aldığımız nəticədən razıyıq. Bolidin gücləndiyini hiss edirəm. RB13 hər gün daha bir az təkamül edir. Bu yaxşı haldır. Mercedes və Ferrari səviyyəsində olduğumuza əmin deyiləm, amma yaxınlaşırıq.

Hazırda böyük bir sirrimiz yoxdur. Cibimizdə 2 saniyə gizlətməmişik. Amma hiss edirəm ki, bolidlə daha yaxşı nəticə almaq olar. Düzdür, bunu rəqiblərimiz də edə bilər. Ümid edirəm ki, Williams-ın dünənki nəticələri ən yaxşı nəticələrdir. Ferrari və Mercedes isə daha da güclənəcəklər.

Dünən Soft təkərlərlə daha yaxşı performans göstərdik. Yaxşı dövrələr vurduq. Dövrələrin çoxunu Soft təkərlərlə vurduq. Bundan başqa, SuperSoft və UltraSoft təkərləri sınaqdan keçirtdik. SuperSoft təkərlər digərlərinə nisbətən zəif idi. UltraSoft təkərlər ilə bir az sürətli idik, amma fərq çox deyildi. Qətiliklə onu deyə bilərəm ki, Soft təkərlər çox yaxşıdırlar.

Ferrari sürətli görünür. Mercedes-in sürətli olacağı isə dəqiqdir. Amma Ferrari də çox güclü görünür.

Williams da keçən həftə çox dövrə vura bilməməsinə baxmayaraq, dünən güclü təsir bağışladılar. Melburnda bizi gözəl bir hekayə gözləyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*