22 Mart 2019, Cümə - 22:59

Ferrari Rəykköneni niyə xəbərdar etməyib?

Ferrari Rəykköneni niyə xəbərdar etməyib?

Müəllif: Rauf Hacıyev, redaktor

08:12 - 26 Mart, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Fettelin qələbəsinə sevinsə də, komandası bu strategiya barədə ona məlumat verməyib.

F-1.az xatırladır ki, 38 yaşlı sürücü Avstraliyada pit-stoplara qədər Fetteli gerisində saxlasa da, lider qrupda hamıdan əvvəl pitə gəlib. Fettel isə uzun müddət trasda qalıb və daha sonra virtual təhlükəsizlik maşınından maksimum istifadə edərək, liderliyə yüksəlib.

Kimi Rəykkönen: “Fettelin strategiyasından xəbərsiz idim. Mənə radioda bu barədə heç nə deyilmədi və bu, təəccüblüdür. Təbii ki, yarışdan əvvəl danışmışdıq və yüzlərlə plan var idi. Bu strategiya isə Fettelin seçimi idi. Çünki arxadan heç bir təhdid yox idi. Üçüncü yer təmin olunmuşdu. Belə etməsə, təəccüblənərdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 203
Teqlər , , ,
Paylaş

logo