Sayns strateqlərin işini qiymətləndirib

Ferrari-nin ispan sürücüsü komandanın strategiyaya cavabdeh departamentinin işindən bəhs edib.

F-1.az xəbər verir ki, Karlos onlardan və işin gedişindən razıdır.

Karlos Sayns: “Mən deyərdim ki, strategiya departamenti daim inkişaf edir. Bu il bizim üçün indiyə qədər asan olmasa da, artıq irəliyə doğru böyük addım ata bilmişik. Bu mövsüm yarış tempimiz təsnifat mərhələsindən bir qədər yavaşdır, ona görə də yarışda strategiyamızın qurulması ilə bağlı həmişə şübhələr və tənqidlər olur.

Hesab edirəm ki, keçmiş yarışlara görə şöbənin işinə qiymət vermək çətindir. Hiss edirəm ki, komanda strategiya baxımından mümkün qədər güclü olmaq üçün əlindən gələni edir. Hər şeydə olduğu kimi, Formula1-in də hər cəhətdən təkmilləşməsinin bir həddi var və biz bunun üzərində işləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*