J.Todt: Ferrari-də birlik yoxdur

FİA-nın prezidenti Jan Todt bildirib ki, Ferrari komandasında birlik olmadığı üçün Fettel uğursuz qazana bilməyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2015-ci ildə Ferrari komandasına qatılsa da, 5 mövsümdə cəmi 14 qələbə qazana bilmiş və daha çox səhvləri ilə yadda qalmışdı. Fettel bu ilin sonunda italyanlarla yollarını ayıracaq.

Jan Todt 1995-2007-ci illərdə Ferrari-nin rəhbəri olmuş və 6 dəfə sürücülər, 7 dəfə mühəndislər kubokunu qazanmışdı. Fransalı rəhbər Şumaxerlə qazanılan uğurların memarlarından biri sayılır.

Jan Todt: “Nəticədən asılı olmayaraq həmişə açıqlama vermək mümkündür. Ferrari-də bütün komanda Mixael ilə uğurlu idi. Çünki bütün komanda bir-birinə dəstək olurdu. Yaxşı vaxtlarımızda da, pis zamanlard da həmişə belə idi. Hər şey qaydasında olanda bir yerdə qalmaq asandır, ancaq yaxşı gəmişi dalğalı dənizdə bəlli olur. Dalğalı dənizdə belə birlik olurduq. Buna görə də böyük uğurlar qazanmışdıq.

Fettel güclü maşınla çempion ola biləcək sürücüdür. Mixael 1996-cı ildə komandaya gələndə cəmi üç yarış qazanmışdı. Çünki maşın zəif idi. Yavaş-yavaş güclü maşın inşa etdik. Yəni ki, hər şey bir-birini tamamlamalıdır. Yoxsa Lyuis Həmilton da gəlsə, çempion ola bilmərsiniz. Bunu Fernando Alonsoda da gördük”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*