S.Fettel: “Bottasdan yem kimi istifadə etdilər”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Valtteri Bottas onu çox ləngidib.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışın startında Həmiltonu keçsə də, yekunda britaniyalı sürücü bu mövsüm 2-ci qələbəsini qazanıb.

Almaniyalı sürücü ilk pit-stopdan sonra Valtteri Bottasın arxasında 5 saniyə vaxt itirib və daha sonra ikinci pit-stopda virtual təhlükəsizlik avtomobilindən istifadə edən Həmiltonla aradakı fərq tamamilə əriyib.

Sebastyan Fettel: “Sevincli deyiləm. Qələbə əlimdə idi. Mən Valtteriyə çatdım və bilirdim ki, komandası onu pitə çağırmayacaq. Təkərləri yeyilmişdi və ondan məni əngəlləmək üçün istifadə etdilər.

İlk cəhdimdə döngədən yaxşı çıxdı. İkinci cəhdimdə otların üzərindən də olsa, onu keçməyə yer tapdım. Çox yaxın idik və əvvəlcə xarici, sonra daxili trayektoriyada qaldım. DRS açıq olan vaxt az qala qəza edəcəkdim. Orada çox vaxt itirdim.

İkinci pitdən sonra isə nə baş verdiyini başa düşmədim. Pittən çıxanda fərqin 8 saniyə olduğunu düşünürdüm və Həmiltonu görəndə təəccübləndim. Əlimdən gələni etsəm də, yanımdan uçaraq keçdi. Əla iş gördü. Xüsusən də son sektorda çox sürətli idi və yarışı qazandı”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*