F.Alonso: İlk dəfə özümü yaxşı hiss etdim

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, sıralanma turuna qədər bolidi inkişaf etdirməlidirlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü cümə sərbəst yürüşlərini 4-cü yerdə bağlayıb.

Fernando Alonso: “Barselonaya qayıtmaq gözəldir. Bəhreyndəki testlərdən sonra ilk dəfə özümü boliddə yaxşı hiss elədim. Bütün sərbəst yürüşlər boyu sürətli idik. Balans yaxşıdır və şənbə gününə qədər daha yaxşı ola bilər. Yeniliklər gətirmişik və bunları təhlil edirik. Problemsiz keçən günə görə sevincliyik.

Sıralanma turu çox yacın keçəcək. 0.2 saniyənin içində 8-9 sürücü ola bilər. Bu qrupun önündə olmaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*