Həcər: Bu, xalis temp hesabına qazanılan ilk podiumumdur

Bakıda biləyindən aldığı zədə səbəbindən üç Qran Prini buraxmış Ayzek Həcər mövsümdə ikinci dəfə üçüncü yeri tutub və karyerasındakı ən yaxşı nəticəni təkrarlayıb.

Ayzek Həcər: “Xoşbəxtəm. Bilirsiniz, son altı həftə çox uzun keçib. Düşünürəm ki, düzgün vaxtda qayıtmışam. Özümü güclü hiss edirəm və bu həftəsonu addım-addım irəliləmişəm. Bu trasda divara çox tez toxunmaq olar, mənə isə bu, heç lazım deyildi. Buna görə də özümə inamı tədricən artırmışam və məhz bu yanaşma nəticə qazanmağa imkan verib.

Çox, həm də lap çox sevinirəm. Bu, təmiz temp hesabına qazandığım ilk podiumdur, ona görə də çox razıyam. Xoşbəxtəm, baxmayaraq ki, hazırda bir qədər çaşqınlıq da hiss edirəm.

Növbəti yarışları səbirsizliklə gözləyirəm və təqvimin belə sıx olmasına şadam. Sepangda olacağımız anı səbirsizliklə gözləyirəm”.