Ayzek Həcərin zədəsinin təfərrüatı məlum olub

Xəbər vermişdik ki, Ayzek Həcər yay fasiləsi zamanı aldığı zədə səbəbindən böyük ehtimalla qarşıdakı Niderland Qran Prisini buraxacaq. Red Bull Racing bunu hələlik rəsmi şəkildə təsdiqləmir, lakin komandaya yaxın mənbələr Ayzekin mərhələni buraxacağını bildirirlər.

Gözlənilir ki, Zandfortda Həcəri Racing Bulls-dan Liam Louson əvəz edəcək, Faenzadan olan komandanın heyətində isə yenizelandiyalı sürücünün yerinə Yuki Tsunoda çıxış edəcək.

Bununla yanaşı, BBC Sport Həcərin aldığı zədə ilə bağlı bəzi detalları öyrənə bilib. Rəsmi səbəb açıqlanmır, lakin məlumatlı mənbələr bildirirlər ki, Ayzek boks məşqi zamanı biləyini sındırıb.

Əgər Niderland Qran Prisini  buraxsa, Red Bull Racing-in fransalı sürücüsünün Monzada keçiriləcək İtaliya Qran Prisinə qədər bərpa üçün əlavə iki həftəsi olacaq.