Komandanın rəhbəri Loran Mekis açıq şəkildə bildirib ki, fransalı sürücü aldığı zədədən tam sağalmadan yenidən sükan arxasına qayıtmayacaq. Racingnews365 nəşrinin mənbələri əmin ediblər ki, Həcər özünü daha yaxşı hiss edir və əlindəki ağrı azalıb.
Bu gün Ayzek Milton Kinsdə Red Bull simulyatorunda çalışacaq və bu işin yekununa əsasən komanda Azərbaycan Qran Prisi üçün heyətlə bağlı qərar qəbul edəcək. Əgər Həcər Bakıda sükan arxasına keçsə, Liam Louson yenidən Racing Bulls-a qayıdacaq, Yuki Tsunoda isə ehtiyat sürücü vəzifəsinə dönəcək.





