Rəsmən: Həcər Niderland Qran Prisini buraxacaq

Red Bull Racing komandası rəsmən təsdiqləyib ki, Ayzek Həcər avqustun 21-dən 23-dək Zandfort trasında keçiriləcək Niderland Qran Prisini buraxacaq. Buna səbəb fransalı sürücünün yay fasiləsi zamanı aldığı bilək zədəsidir.

Qarşıdan gələn həftəsonu Həcəri Red Bull Racing-in sükanı arxasında Liam Louson əvəz edəcək. Yenizelandiyalı sürücüyə gəlincə, gözlənildiyi kimi, onu Racing Bulls-un heyətində Yuki Tsunoda əvəz edəcək.

Red Bull Racing və Racing Bulls komandaları Liam və Yukiyə əməkdaşlığa görə təşəkkür edib, Ayzek Həcərə isə tezliklə sağalmağı arzulayıblar.

, , , ,