T.Volff: Lauda da belə istəyərdi

Mercedes Motorsport-un rəhbəri Toto Volff düşünür ki, Niki Lauda da hazırkı konsepti dəyişdirmək istəyərdi.

F-1.az xatırladır ki, “gümüşü oxlar” saydpodsuz konseptə israr etdikləri üçün mövsümə pis başlayıblar və ilk yarışda 5-ci və 7-ci yerləri tutublar.

Bundan sonra Mercedes rəhbərliyi yeni konseptə keçməyə qərar veriblər.

Toto Volff: “Lauda üçün darıxıram. O mənim dostum idi. Komanda olaraq onun liderliyi üçün də darıxırıq. Onun bu konsept barədə nə deyəcəyini çox yaxşı bilirəm.

Yanıma gələr və “bolidimiz fərqıi görünür. Gəl rəqiblərimizin yolu ilə gedək və ən yaxşısını edək. Əla komandamız, texnologiyamız və bazamız var. Bu dizaynı rəqiblərimizdən daha yaxşı dəyərləndirərik. Bəs onda niyə etmirik?” deyərdi.

Niki bəsit yolla gedərdi və işlərin qarışmasına imkan verməzdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*