Montoya: Red Bull Həcərə görə heç nəyi dəyişməyəcək

Formula1-in sabiq sürücüsü Xuan Pablo Montoya İshaq Həcərə rəğbət bəsləyir, çünki o, nadir hallarda mərhələləri Maks Ferstappenlə eyni yüksək səviyyədə keçirə bilir…

Xuan Pablo Montoya: “Mövsümün gedişində İshaq maşının davranışını özünə uyğun dəyişib ondan daha çox nəticə almaq istəyəndə, bunu etmək asan olmur, çünki bütün təkmilləşdirmə, bütün modelləşdirmə – hamısı Maksın nə istədiyinə əsaslanıb.

Nəticədə o, özünü qane etməyən maşınla mərhələyə gəlib, komandanın qalan hissəsi isə Maksı maraqlandıran məqamlara köklənib, çünki nəticəni gətirən də budur. Onlar sırf buna görə nəyisə dəyişməyəcəklər, çünki onsuz da yarışlar qazanırlar.

Onlar heç nəyi dəyişməyə hazırlaşmadıqlarına görə iki variant var: ya maşından Maksın istədiklərinə bir qədər uyğunlaşmaq, ya da tamamilə başqa yol tapmaq.

Onun üçün həqiqətən çətindir. Nəticə göstərə bilməyəndə, səndən səbəbləri soruşmağa başlayırlar. Sonra yenidən trasa çıxırsan və hər şey təkrarlanır. Mən İshaqa rəğbət bəsləyirəm, onun böyük istedadı və heyrətamiz sürəti var”.

,