Montoya yenidən Alonso ilə mübarizə aparmaq üçün səbirsizlənir

Sabiq Formula1 sürücüsü Xuan Pablo Montoya bildirib ki, İndy500-də debüt edəcək Alonso davamlı traffikə görə problem yaşaya bilər.

F-1.az xatırladır ki, Alonso və Montoya 2001-ci ildə Formula1-də bir yerdə debüt etmişdilər, amma kolumbiyalı sürücü qalmaqallı şəxsiyyətinə görə 2006-cı ildə McLaren komandasından qovulmuşdu. Montoya o dövrdən etibarən gücünü oval traslarda sınamağa yollanmış və 2015-ci ildə İndyCar seriyasında 2-ci yeri tutmuşdu.

41 yaşlı sürücü Formula1-ə gəlməmişdən əvvəl 2000-ci ildə İndy500 yarışının da qalibi olmuşdu.

Xuan Pablo Montoya: “Fernandonun İndy500-də yarışması məni çox sevindirdi. Yarışda çətinlik çəkəcəyini gözləyirəm. Traffikdə olacaq və yarış bir az uzun çəkəcək. Buna hazır olmalıdır. Biz Fernando ilə eyni ildə idmana başladıq və o uzun illərdir ki, Formula1-də yarışmağa davam edir. İndy500-də azarkeşlərlə yaxın olmalısınız. Sizinlə şəkil çəkdirmək istəyən çoxlu insanlar olur və onları sevindirməlisiniz. İnanıram ki, Fernando təcrübəsi ilə doğru şeyləri edəcək və uğurlu nəticə qazanacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*