F.Alonso özünü Formula1-dən uca tutur?

Sabiq Formula1 sürücüsü Xayme Algersuarinin atası Xayme bildirib ki, Alonso xasiyyətinin cəzasını çəkir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2005-ci və 2006-cı illərdə Dünya Çempionu olduqdan sonra 2007-ci, 2010-cu və 2012-ci illərdə son yarışa qədər mübarizə aparsa da, bir daha titula yiyələnə bilməyib. 36 yaşlı sürücü bu müddətdə Renault, Ferrari və McLaren komandalarında çıxış etsə də, bu kollektivlərdən xoş təəssüaratla ayrılmamışdı.

Xayme Algersuari: “İki dəfə Dünya Çempionu ola bildi. Amma istedadına görə 8 dəfə Dünya Çempionu ola bilərdi. Bir nöqtədən sonra öz-özünə “mən Formula1-əm” deməyə başladı. Hər şeyi istədiyi kimi etdi. Səhv olanda isə problemi araşdırmadan digərlərini günahlandırdı. Bəs bundan sonra dəyişə bilər? Əmin deyiləm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*