S.Vandorn: “Nəyə qadir olduğumu göstərdim”

McLaren komandasının debütant sürücüsü Stoffel Vandorn düşünür ki, McLaren-ə nəyə qadir olduğunu göstərə bilib.

F-1.az xatırladır ki, Stoffel Vandorn son anda Fernando Alonsonun yerinə yarışması üçün Bəhreynə çağırılıb və Yaponiyadakı Super Formula testlərindən Bəhreynə cümə sərbəst yürüşlərinin startına 7 saat qalmış çatıb.

Vandorn əvvəlcə şənbə günü sıralanma turunda Battonu qabaqlayıb, bazar günü yarışda isə onuncu yeri tutaraq, həm karyerasının ilk yarışında xal qazanıb, həm də komandasına bu mövsüm ilk xalını qazandırıb.

Stoffel Vandorn: “Bu həftəsonu sükanın arxasına keçmək üçün əlimə yaxşı fürsət düşdü və buna görə çox məmnunam.

Deyəsən, bu fürsətdən yaxşı istifadə etdim və onlara nəyə qadir olduğumu göstərdim. İndi gözləyib hadisələrin necə cərəyan edəcəyini görəcəyik.

Çox əyləndim. Formula1-də yarışmaq mənim uşaqlıq arzumdur və burada yarışmaq mənim üçün böyük bir fürsət idi.

Bundan maksimum istifadə etdim. Bir xal qazana bildik. Formula1-dəki ilk yarışımdan razı qaldım.

Səhv etmədiyim üçün çox sevinirəm. Bundan başqa, bir xal da qazandım. Bu da işin mükafatıdır”.

Belçikalı sürücü yaxşı nəticə qazansa da, Çində yarışacağına inanmır: “Çində nələr olacağını bilmirəm. Mən buraya bir yarışlıq gəlmişəm və mənə bu şansı verdyi üçün komandama minnətdaram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*