14 Noyabr 2019, Cümə axşamı - 18:21

K.Maqnussen: “Vandorn çox şanslıdır”

K.Maqnussen: “Vandorn çox şanslıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

12:43 - 28 Dekabr, 2016

Kevin Maqnussen bildirib ki, Vandorn Alonso ilə işləyəcəyi üçün çox şanslıdır…

F-1.az xatırladır ki, Batton təqaüdə çıxdıqdan sonra onu Stoffel Vandorn əvəz edib. Xatırladaq ki, belçikalı sürücü 2016-cı ilin Bəhreyn yarışında zədələnmiş Alonsonu əvəz edərək, mükəmməl performans göstərmiş və komandasına bir xal qazandırmışdı.

Kevin Maqnussen: “Vandorn Formula1-ə yaxşı vaxtda gəldi. Yanında tarixin ən yaxşılarından biri olacaq və ondan çox şey öyrənə bilər. Onun mənim və ya başqasının məsləhətinə ehtiyacı yoxdur. Onsuz da yanında mükəmməl bir sürücü var və əminəm ki, Censon da onu dəstəkləyəcək. Düşünürəm ki, çox tez inkişaf edəcək. Sadəcə ətrafındakı insanları diqqətlə dinləməlidir. Belə olan halda, sürətlə inkiçaf edib, yaxşı nəticələr alacaq.

Hazırda peletonda böyük rəqabət var. Vandorn bundan həzz alacaq. Ümid edirəm ki, onun üçün gözəl mövsüm olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 450
Teqlər , , , ,
Paylaş

logo