M.Krek: Alonso transferi ciddiliyimizi göstərir

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, Fernando Alonso transferi komandanın hədəflərindən xəbər verir.

F-1.az xatırladır ki, Aston Martin idmana keçən il qayıtsa da, hələ gözlənilən performansı göstərə bilməyib. Komanda builki bolidin üzərində işləməyi saxlayıb, növbəti mövsümə fokuslanmağa başlayıb.

Gələn ilə ciddi hazırlaşan Britaniya komandası mövsümün sonunda idmandan gedəcək Sebastyan Fettelin əvəzinə Fernando Alonsonu gətirib.

Mayk Krek: “Fernando uğur qazanmaq üçün hər şeyi gözə alır və əlindən gələni edir. Yarış istedadı çox güclüdür. O bütün komponentləri özündə birləşdirib. Fernando ilə müqavilə bağlamaq Aston Martin-in Formula1-dəki hədəflərini göstərir. Biz bura elə belə yox, qələbə qazanmağa gəlmişik.

Bizim hədəfimiz ön qrupda yarışmaqdır və Fernando bu macərada bizə qatılmaqla göstərdi ki, layihəmizə və komandamıza inanır. Bizdən çox şey istəyəcək, amma bir çempiondan bunu gözləmək olar. Onunla işləmək üçün səbirsizlənirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*