Fernando Alonso: “Bu gün bütün diqqət trasla tanışlığa və maşının sazlanmalarının optimallaşdırılması üzərində işləməyə yönəlib. Təəssüf ki, birinci sərbəst yürüşün sonunda məndə ilişmə muftası ilə bağlı problem yaranıb və buna görə ikinci sərbəst yürüşdə işə daha gec başlamışam.
Görünən odur ki, sıralanma turunda trafik və batareyanın enerji sərfiyyatı baxımından hər şeyi düzgün etmək çətin olacaq, amma biz mümkün qədər səmərəli işləməyə çalışacağıq”.





