17 Avqust 2019, Şənbə - 18:56

Barselona testləri (19-22 fevral)

Barselona testləri (19-22 fevral)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:33 - 20 Fevral, 2013

22 fevral Narın yağış. Güclü yağış. Qurumaqda olan tras. Narın yağış. Buludlu. Havanın temperaturu +4°-6° C, trasın temperaturu +5°-12° C […]

22 fevral

test8-1

Narın yağış. Güclü yağış. Qurumaqda olan tras. Narın yağış. Buludlu. Havanın temperaturu +4°-6° C, trasın temperaturu +5°-12° C

Mövsümöncəsi testlər çox nadir hallarda yağışsız ötüşür, 2013-cü ilin arxada qalan yeddi test günü yaxşı hava keçmişdi, cümə gününə isə hava proqnozu yağış vəd edirdi. Səhər trasın səmasını qara buludlar tutub, güclü külək əsib və narın yağış yağmağa başlayıb.

Tras sürüşkən olsa da, ciddi insident baş verməyib. Nahara qədər sessiya bir neçə dəfə qırmızı bayraqlarla dayandırılıb – əvvəlcə Massa 4-cü döngənin çınqıllı zonasında ilişib qalıb, sonra van der Xarde sonuncu döngədə trasdan çıxıb. Daha sonra kiçik intervalla Qutyerres və Vern 5-ci döngədə trasdan çıxıblar.

test8-2
Nahara yaxın yağış dayanıb və tras qurumağa başlayıb. Sürücülər hətta sliklərə keçiblər, amma nahara az qalmış van der Xarde yenə də qırmızı bayarqları dalğalandırıb.

Nahar fasiləsi zamanı güclü yağış yağıb və fasilədən sonra sürücülər trasda güclü yağış və keçid təkərləri ilə işləyiblər.

Qutyerres 4-cü döngədə trasdan çıxıb və sessiyanı dayandırıb. Sessiyanın sonuna yaxın Həmilton 6-cı və 7-ci döngələr arasında maşını dayandırıb.

test8-3
Williams komandası dünən hər iki sürücüsü ilə yarışı imitasiya etdiyi üçün bu gün ancaq trasa çıxıb boksa qayıtmaqla müəyyən aerodinamik elementləri yoxlayıb, mexnaiklər isə pit-stop keçirməyi doyunca məşq ediblər. Hər iki sürücü tam bir dövrə belə vurmadıqları üçün protokolda sonuncu iki sətri tutublar.

Protokollara isə qurumaqda olan trasda göstərdiyi nəticə ilə Lyuis Həmilton başçılıq edib – 1:23.282, günün ən böyük məsafəsini isə Esteban Qutyerres qət edib – 96 dövrə.

Mövsümöncəsi testlərin ikinci seriyası başa çatıb. Gələn cümə axşamı komandalar yenidən Circuit de Catalunya-da toplaşacaqlar və sonuncu dördgünlük testlərini keçirəcəklər. Komandalar son yeniliklərini test etməklə mövsümün birinci yarışına hazırlaşacaqlar…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMercedes AMGMercedes1:23.28252
02C.BattonMcLarenMercedes1:23.633+ 0:00.35170
03J.E.VernToro RossoFerrari1:24.071+ 0:00.78980
04J.ByankiForce İndiaMercedes1:25.732+ 0:02.45096
05E.QutyerresSauberFerrari1:26.239+ 0:02.95761
06X.van der XardeCaterhamRenault1:27.429+ 0:04.14750
07F.MassaFerrariFerrari1:27.563+ 0:04.28180
08M.UebberRed BullRenault1:27.616+ 0:04.33464
09M.ÇiltonMarussiaCosworth1:29.902+ 0:06.62051
10R.QrojanLotusRenault1:34.800+ 0:11.51841
11V.BottasWilliamsRenault23
12P.MaldonadoWilliamsRenault13
21 fevral

test7-1

Quru. Günəşli. Havanın temperaturu +8°-15° C, trasın temperaturu +9°-19° C

Barselona testlərinin üçüncü günü sakit keçib, hərçənd test proqramı zəngin olub. Sabaha hava proqnozu yağış vəd etdiyi üçün komandaların çoxu yarışın imitasiyasını keçirməyi qərara alıblar.

Ferrari, Sauber və Marussia komandaları dünənki sürücülərlə işini davam etdiriblər, Williams komandası günü sürücüləri aarsında bölüb, digər komandalarda isə sürücü dəyişikliyi olub.

Pastor nahara qədər yarışın imitasiyasını uğurla başa vurub, nahardan sonra isə eyni uğuru Valtteri Bottas da təkrarlayıb – iki gün əvvəl təqdim olunmuş yeni FW35 çox etibarlı və sürətli alınıb. Onlardan başqa Uebber və Qrojan da yarışı imitasiya ediblər.

test7-2
Digər komandalar isə fərqli proqramlarla işləyiblər – Alonso, Batton, Hülkenberq, van der Xarde və Çilton qısa dövrələr seriyasında optimal sazlanmalar axtarmaqla təkərlərini işini öyrəniblər. Amma günün ən çox müzakirə olunan hadisəsi Force İndia komandasının boksunda baş verib – 2011-ci ildə Braziliya Qran Prisində sonuncu yarışından 452 gün sonra Adrian Sutil yenidən keçmiş komandasının heyətində “debüt” edib.

Adrian maşına öyrəşmək üçün qısa dövrələr seriyası ilə işə başlayıb, daha sonra tam proqrama keçib. Əvvəlki iki gün ərzində Pol di Restanın VJM06-nın sükanı arxasında göstərdiyi nəticə artıq günorta yenilənmişdi. Sabah Sutili sükan arxasında çempionatın son vakant yerinə digər namizəd Jül Byanki əvəz edəcək.

Hərçənd, ekspertlər qeyd ediblər ki, trasın vəziyyəti çox yaxşılaşıb, ona görə də sürətlər artıb və təkərlərin sürətlə yeyilməsi bir qədər azalıb.

test7-3
Testlərdə qüvvələr nisbəti barədə danışmaq həmişə çətindir, amma bəzi nüansları artıq eyd etmək olar. Deyəsən, Ferrari mövsümün əvvəlindən liderlər qrupunda mübarizə apara biləcək, Caterham və Marussia-nın geriqalması göstərir ki, bu komandalar yenə də yalnız bir-biri ilə mübarizə aparacaqlar.

Bu gün qırmızı bayraqlar yalnız bir dəfə dalğalanıb – sessiyanın sonuna 15 dəqiqə qalmış Xido van der Xarde 3-cü döngənin girişində maşınını saxlayıb.

Protokollara isə Fernando Alonso başçılıq edib – 1:21.875, amma bu nəticə Serxio Peresin dünənki nəticəsindən zəifdir. Günün ən böyük məsafəsini isə Roman Qrojan qət edib – 119 dövrə, Pastor və Valtteri Williams komandası üçün 150 dövrə vurublar. Sabah testlər başa çatacaq…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01F.AlonsoFerrariFerrari1:21.87597
02N.HülkenberqSauberFerrari1:22.160+ 0:00.28591
03R.QrojanLotusRenault1:22.188+ 0:00.313119
04N.RosberqMercedes AMGMercedes1:22.611+ 0:00.736108
05P.MaldonadoWilliamsRenault1:22.675+ 0:00.80079
06V.BottasWilliamsRenault1:22.826+ 0:00.95168
07C.BattonMcLarenMercedes1:22.840+ 0:00.96571
08A.SutilForce İndiaMercedes1:22.877+ 0:01.00278
09M.UebberRed BullRenault1:23.024+ 0:01.149108
10J.E.VernToro RossoFerrari1:23.366+ 0:01.491106
11M.ÇiltonMarussiaCosworth1:25.690+ 0:03.81558
12X.van der XardeCaterhamRenault1:26.177+ 0:04.30293
20 fevral

Quru. Günəşli. Havanın temperaturu +8°-19° C, trasın temperaturu +9°-25° C

Mövsümöncəsi testlərin birinci yarısı arxada qalıb – bu gün komandalar on iki test günündən altıncısını başa vurublar. Bir çox problemlər həll olunub, qarşıda yeni maşınların sürəti və effektliyi üzərində iş qalıb.

Dünənlə müqayisədə asfaltın vəziyyəti yaxşılaşıb – asfalt işlənmiş rezinlə örtülüb və tez qızıb.

Üç komandada sürücü dəyişikliyi olub – Mercedes AMG-də Niko Rosberqi Lyuis Həmilton, Sauber-də Esteban Qutyerresi Niko Hülkenberq, Williams-da Pastor Maldonadonu Valtteri Bottas əvəz ediblər. Yerdə qalan komandalar dünənki sürücülərlə işləyiblər.

test6-2
Komandalar maşın üzərində işin müxtəlif mərhələlərindədirlər, ona görə də test proqramları fərqlidir – yalnız sonuncu test günü sürücülər sıralanma turu üzərində işləyərkən, real qüvvələr snibəti barədə ilkin fikir söyləmək mümkün olacaq. Bu gün bəzi sürücülər uzun dövrələr üzərində işləyiblər, məsələn, Lyuis Həmilton, bəzi sürücülər isə qısa dövrəlrə seriyasında çalışıblar, məsələn, Sebastyan Fettel.

Komandaların hamısı müxtəlif təkər tərkiblərinin işi barədə məlumat toplayıblar – müxtəlif yanacaq ehtiyatı ilə göstərilən nəticələr bazada təhlil ediləcək: ilkin nəticəyə görə, təkərlər bir neçə dövrədən sonra dağılaraq effektliyini tam itirirlər.

test6-3
Sessiya iki dəfə qırmızı bayraqlarla dayandırılıb. Birinci dəfə pit-leynin çıxışında Fettelin maşını donub qalıb, son dqiqələrdə isə Çiltonun maşının 12-13-cü döbgələr arasında dayanıb.

Lotus yenə də problemlərlə üzləşib – dünən komanda Barselonaya gətiridyi ikinci şassidə telemetriyaya cavab verən elektronikanı itirmişdi, bu gün isə ötürmələr qutusunun təmiri üzndən Kimi Rəykkönen cəmi son iki saat ərzində 43 dövrə vura bilib.

Protokollara isə Serxio Peres başçılıq edib – meksikalı sürücü Soft təkərlərlə hamıdan sürətli olub: 1:21.848. Günün ən böyük məsafəsini isə Lyuis Həmilton qət edib: 121 dövrə. Sabah testlər davam edəcək…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.PeresMcLarenMercedes1:21.84897
02S.FettelRed BullRenault1:22.197+ 0:00.34984
03K.RəykkönenLotusRenault1:22.697+ 0:00.84943
04L.HəmiltonMercedes AMGMercedes1:22.726+ 0:00.878121
05F.AlonsoFerrariFerrari1:23.247+ 0:01.39976
06V.BottasWilliamsRenault1:23.561+ 0:01.71398
07D.RikkardoToro RossoFerrari1:23.718+ 0:01.87070
08P.di RestaForce İndiaMercedes1:23.971+ 0:02.12362
09N.HülkenberqSauberFerrari1:24.205+ 0:02.35788
10M.ÇiltonMarussiaCosworth1:25.115+ 0:03.26767
11Ş.PikCaterhamRenault1:26.243+ 0:04.395102
19 fevral

test5-1

Quru. Günəşli. Havanın temperaturu +9°-14° C, trasın temperaturu +14°-33° C

Bu gün Barselonada komandalar mövsümöncəsi testlərin ikinci seriyasına toplaşıblar. Testlər başlamazdan öncə Williams komandası mövsümə hazırladığı yeni FW35 maşınını təqdim edib, ona görə də bu dəfə çempionat iştirakçılarının hamısı yeni maşınlarla işləyiblər.

Fernando Alonso F138-in sükanı arxasında debüt edib, ona görə də tribunlara gəlmiş azarkeşlərin sayı Xeresdə olduğundan qat-qat çox olub. FW35-in təqdimatından sonra Alonsonun qısa fotosessiyası olub.

test5-2
Xeresdə komandalar və Pirelli asfaltın codluğundan narazı idilər, Barselona trası testlərə daha münasibdir, ona gör də Pirelli testlərə sliklərin bütün növlərini gətirib. Hərçənd, ilk test günü təkərlərin yeyilməsi ciddi olub – tərkiblər yumşalıb və hətta Hard tərkibi uzun məsafədə effektliyini çox itirib.

Komandalar maşınlara çoxlu ölçmə cihazları quraşdırıblar – mühəndislər müxtəlif aerodinamik yeniliklərin effektliyi barədə məlumat toplayıblar. Sürücülər də qısa dövrələr seriyası ediblər: boksdan çıxıb bir və ya iki dövrəni stabil sürətlə (200 km/saat) hərəkət edərək yenidən boksa qayıdıblar.

test5-3
Sessiyanın startında iki saat sonra qırmızı bayraqlar dalğalanıb – Esteban Qutyerres maşınını 7-ci döngədə saxlayıb, Sauber-in yanacaq çəni tam boşalıb: komanda yanacaq sistemini və yanacaq sərfiyyatını yoxlayıb. Nahardan sonra isə Şarl Pikin maşınında ötürmələr qutusu sıradan çıxıb.

Mercedes AMG komandası Rosberqin maşınında səhər ötürmələr qutusunu vaxt itirdiyi üçün vaxt itirib. Kimi Rəykkönenin maşınında isə telemetriyaya cavabdeh olan elektronika sıradan çıxıb və komanda demək olar ki, məlumat toplaya bilməyib.

Protokollara Niko Rosberq başçılıq edib – sessiyanın sonunda almaniyalı sürücü qısa dövrələr seriyasında sürətli olub: 1:22.616, günün ən böyük məsafəsini isə Fernando Alonso qət edib: 110 dövrə. Testlər sabah davam edəcək…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01N.RosberqMercedes AMGMercedes1:22.61654
02K.RəykkönenLotusRenault1:22.623+ 0:00.00744
03F.AlonsoFerrariFerrari1:22.952+ 0:00.336110
04S.FettelRed BullRenault1:22.965+ 0:00.34966
05P.MaldonadoWilliamsRenault1:23.733+ 0:01.11786
06D.RikkardoToro RossoFerrari1:23.884+ 0:01.26873
07S.PeresMcLarenMercedes1:24.124+ 0:01.50877
08P.di RestaForce İndiaMercedes1:24.144+ 0:01.52882
09E.QutyerresSauberFerrari1:25.124+ 0:02.50868
10M.ÇiltonMarussiaCosworth1:26.747+ 0:04.13165
11Ş.PikCaterhamRenault1:27.534+ 0:04.91849

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 466
Teqlər , , , , , ,
Paylaş

logo