Pirelli İspaniya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün İspaniya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az mart ayında xəbər vermişdi ki, Pirelli Barselonaya Medium, Soft və SuperSoft tərkibləri gətirəcək. Williams, Haas və Sauber komandalarının sürücüləri müxtəlif seçimlər ediblər. Maraqlıdır ki, həftəsonun ən sərt tərkibindən əksər sürücülər 3-4 dəst sifariş ediblər. Adətən, bu rəqəm 1, maksimum 2 olurdu…

Sürücü Komanda Medium Soft SuperSoft
Lyuis Həmilton Mercedes AMG 3 5 5
Valtteri Bottas Mercedes AMG 3 5 5
Sebastyen Fettel Ferrari 2 4 7
Kimi Rəykkönen Ferrari 2 4 7
Daniel Rikkardo Red Bull 3 4 6
Maks Ferstappen Red Bull 3 4 6
Serxio Peres Force İndia 4 3 6
Esteban Okon Force İndia 4 3 6
Ləns Stroll Williams 3 1 9
Sergey Sirotkin Williams 2 1 10
Karlos Sayns Renault 3 2 8
Niko Hülkenberq Renault 3 2 8
Pyer Qasli Toro Rosso 3 3 7
Brendon Hartli Toro Rosso 3 3 7
Roman Qrojan Haas 3 3 7
Kevin Maqnussen Haas 2 4 7
Fernando Alonso McLaren 3 4 6
Stoffel Vandorn McLaren 3 4 6
Markus Eriksson Sauber 2 4 7
Şarl Lekler Sauber 3 3 7
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*