S.Berra: Təkərlərin aşınması yüksəkdir

Əbu-Dabidə yarış məsafəsini bir pit-stopla qət etmək olar - bu strategiya əvvəllər çox populyar idi, lakin cümə günü məlum olub ki, builki təkərlər daha tez yeyilir.

F-1.az xəbər verir ki, Pirelli Motorsport-un rəsmisi cümə günü məşqlərindən çıxan nəticələr barədə fikirlərini bölüşüb.

Simone Berra: “Cümə günü trasın vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdı, bu da axşam saatlarında temperatur aşağı düşsə də, dövrəvi nəticələrin yaxşılaşmasına səbəb olub. Biz bütün tərkiblərdə əvvəlki illərlə müqayisədə daha çox deqradasiya müşahidə etdik ki, bu da yeni strategiya variantlarının yaranmasına yol açır. Əvvəllər Abu Dabi Qran Prisi demək olar ki, həmişə bir pit-stopla keçirilirdi, bu il isə komandalar iki pit-stoplu strategiya seçə bilər.

Trasın quruluşu və hərəkətin saat istiqamətinin əksinə olması ön sağ təkərləri tez aşındıracaq. Cümə günü Soft təkərlərin çox tez aşındığını görən sürücülər yarışda Hard və Medium təkərlərə üstünlük verə bilər.”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*