M.Ferstappen: “İtirdiyim yerləri kompensə edə bildim”

Ferstappen yarışın ilk döngəsində Hülkenberqlə təmas yaşayaraq, sonuncu yerə düşmüş, amma daha sonra rəqiblərini geridə qoyaraq, yarışı 4-cü yerdə bitirmişdi.

F-1.az xatırladır ki, gənc sürücü yarışın sonunda 3-cü yerə yüksəlsə də, yeni təkərlərlə ona hücum edən Fetteli arxasında tuta bilməyib və yarışı 4-cü yerdə bitirib.

Maks Ferstappen: “Birinci döngədəki hadisələrdən sonra geridönüş edərək yarışı 4-cü yerdə bitirdim və buna görə sevincliyəm. Tək pit-stoplu strategiya yaxşı işləyərək bizə uğur gətirdi. Amma biz bilirdik ki, yeni təkər götürən sürücülər yarışın sonunda bizə hücum edəcəklər. Yarışı podiumda bitirmək istəyərdim, amma sonuncu yerə düşəndən sonra yenidən yüksəlməyim məni sevindirdi. Hülkenberq yaxşı start aldı və onun məni keçməsini gözləmirdim. Daha sonra isə kiçik təmas yaşadıq və yerimdə fırlandım”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*