Əbu Dabi-2017: Sıralanma turu

Mühəndislər Kubokunun qalibinin və çempionun əvvəlcədən bəlli olması mövsümün son yarışında prinsipiallığı azaldıb. Lakin hələ də bəzi mövqelər uğrunda mübarizə gedir. Buna Fettelə Bottasın ikincilik üçün yarışmasını misal göstərmək olar.

F-1.az bildirir ki, Yas Marinada keçidlər asan olmadığından, poul qazanmaq olduqca vacibdir. Lakin bununla belə, burada son səkkiz ildə yalnız üç dəfə, o cümlədən, son iki ildə ilk sıradan başlayan sürücü yarışı qazanıb.

Dünən ilk məşqlərdə Fettel protokollara başçılıq etmişdisə də, növbəti iki sessiyada Həmilton hamıdan sürətli olmuşdu. Brendon Hartlinin bu dəfə də startda yer itirəcəyi əvvəlcədən məlum idi – zelandiyalı sürücü güc qurğusundakı dəyişikliklərə görə cəzalandırılmışdı.

Pirelli Əbu Dabiyə yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirib. Aşınma ənənəvi olaraq az olub, lakin SuperSoft və UltraSoft tərkiblər arasındakı fərq böyük əhəmiyyət kəsb edirb – 0.8 saniyə.

Birinci sessiyada bütün sürücülər UltraSoft təkərlərlə trasa çıxıblar. Bottas 1:37.356-lıq nəticə ilə ilk yeri tutub, Toro Rosso və Sauber sürücüləri ilə yanaşı, Qrojan da mübarizəni dayandırıb.

İkinci sessiyada da hamı UltraSoft təkərlərdən istifadə edib. Həmilton ilk cəhdində rəqiblərini üstələyib – 1.36.742. Sonradan nəticəsini yaxşılaşdıra bilməsə də, ldierliyini qoruyub. Peres Hülkenberqə mane olub. Massa karyerasının son sıralanma turunda üçüncü sessiyaya keçə bilib. Saynsın maşınının güc qurğusunda problem yaradıb və mühəndisi ondan yavaş-yavaş boksa qayıtmasını istəyib. Alonso, Sayns, Vandorn, Maqnussen və Stroll növbəti sessiyaya keçə bilməyiblər.

Son sessiyada Bottas ilk cəhddə sürətli olub və trasın rekordunu yeniləyib – 1:36.231. Həmilton ona təxminən 0.2 saniyə uduzub. Fettel isə üçüncü nəticə göstərib. Mercedes sürücüləri ikinci cəhdlərində nəticələrini yaxşılaşdıra bilməyiblər. Rikkardo isə komanda yoldaşını və Rəykköneni üstələyərək dördüncü yerə yüksəlib.

Valtteri Bottas mövsümdə və karyerasında dördüncü poulunu qazanıb. Sabahkı yarışa Mercedes sürücüləri birinci, Fettel və Rikkardo ikinci, Rəykkönen və Ferstappen isə üçüncü cərgədən başlayacaqlar.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1 1:37.356 7 2 1:36.822 6 1:36.231 5
2 44 Lyuis Həmilton Mercedes AMG 2 1:37.391 6 1 1:36.742 6 1:36.403 7
3 5 Sebastyan Fettel Ferrari 4 1:37.817 5 3 1:37.023 6 1:36.777 7
4 3 Daniel Rikkardo Red Bull 5 1:38.016 4 5 1:37.583 6 1:36.959 6
5 7 Kimi Rəykkönen Ferrari 3 1:37.453 5 4 1:37.302 6 1:36.985 6
6 33 Maks Ferstappen Red Bull 6 1:38.021 7 6 1:37.777 6 1:37.328 6
7 27 Niko Hülkenberq Renault 10 1:38.781 3 7 1:38.138 5 1:38.282 6
8 11 Serxio Peres Force İndia 7 1:38.601 5 8 1:38.359 6 1:38.374 6
9 31 Esteban Okon Force İndia 13 1:38.896 5 9 1:38.392 6 1:38.397 6
10 19 Felipe Massa Williams 8 1:38.629 6 10 1:38.565 6 1:38.550 6
11 14 Fernando Alonso McLaren 12 1:38.820 6 11 1:38.636 6
12 55 Karlos Sayns Renault 11 1:38.810 3 12 1:38.725 6
13 2 Stoffel Vandorn McLaren 9 1:38.777 3 13 1:38.808 6
14 20 Kevin Maqnussen Haas 14 1:39.395 10 14 1:39.298 6
15 18 Ləns Stroll Williams 15 1:39.503 8 15 1:39.646 6
16 8 Roman Qrojan Haas 16 1:39.516 10
17 10 Pyer Qasli Toro Rosso 17 1:39.724 9
18 94 Paskal Verlyayn Sauber 18 1:39.930 9
19 9 Markus Eriksson Sauber 19 1:39.994 9
20 28 Brendon Hartli Toro Rosso 20 1:40.471 8
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*