Williams-ın yeni namizədləri kimdir?

Britaniya mətbuatının verdiyi xəbərə əsasən Williams komandası növbəti mövsüm üçün Daniil Kvyatla maraqlanır.

F-1.az xatırladır ki, Kvyat hazırda Alpine komandasının ehtiyat və developer sürücüsüdür və yenidən yarışlara qayıtmaq üçün simulyatorda çoxlu vaxt keçirir.

Britaniyalı jurnalist padokda gəzən dedi-qodulardan danışıb. Bunlardan biri də Williams-la bağlıdır. Artıq Corc Rasselin gələn il Mercedes-ə keçəcəyindən əksəriyyət əmindir. Buna görə də onun əvəzinə çoxlu namizdələr var. İlk seçim Valtteri Bottasdır. İkinci seçim hazırda Formula E-də mübarizə aparan Nik de Vraysdır. Son seçim isə Daniil Kvyatdır. Okonun daha 3 il Alpine-də qalacağı məlum olduqdan sonra Kvyatın burada qalmasınınn mənası yoxdur. Williams ilə müavilə bağlayaraq yenidən Formula1-ə qayıda bilər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*