D.Rikkardo: “Təzyiq hiss etmirəm”

Daniel Rikkiardo bildirib ki, peletonda gənc sürücülərin artmasına görə təzyiq hiss etmir.

F-1.az xatırladır ki, Rikkardo mövsümün ortasında 19 yaşlı Ferstappen ilə komanda yoldaşı olmuş və həm sıralanma turunda, həm də yarışda hollandiyalını üstələmişdi.

Daniel Rikkiardo: “Üzərimdə təzyiq hiss etmirəm. Hər il peletondakı sürücülər gəncləşirlər və bu idmana enerji verir. Buna görə sevincliyəm. Yeni gənclərin hamısı çox istedadlıdır. Onlarla mübarizə aparmaq həzz verir. Çünki hər yarış inkişaf edirlər.

Məncə, Red Bull gənc sürücü yetişdirməkdə Ferrari və Mercedes-dən daha güclüdür. Mən bu prorqrama qoşulan gündən əllərindən gələni etdilər və məni bu səviyyəyə gətirdilər. Bu komandada həmişə üzərinizdə qələbə təzyiqini hiss edərsiniz. Red Bull bizi buna hazırlayıb və biz də əlimizdən gələni edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*