M.Uebber: “Fettel çempion ola bilər”

Sabiq Formula1 sürücüsü Mark Uebber inanır ki, Sebastyan Fettel 2017-ci ildə çempion ola bilər.

F-1.az xəbər vermişdi ki, Uebber Avstraliya yarışından əvvəl qələbə üçün ən böyük favoritin Fettel olduğunu demiş və almaniyalı sürücü ikinci yerdən başladığı yarışı düzgün strategiya seçərək qazanmışdı.

Mark Uebber: “Fettel Avstraliyada bəxt hesabına qazanmadı. Bəhreyndə hava çox istidir və məncə, Ferrari daha yaxşı nəticə göstərəcək. Ferrari hazırda sürətli görünsə də, inkişafda Mercedes-ə çatmaqları çətindir. Bunun üçün çox işləməlidirlər. Amma onların bunu edəcəyinə inanıram. Bu il Sebastyan çempion ola bilər. Keçən il zəif boliddə olduğu üçün motivasiyalı deyildi, amma Avstraliyadakı qələbə onun motivasiyasını yüksəldəcək. Yeni bolidlər Sebastyanın istədiyi kimidir. Çox şey sürücüdən asılıdır və Fettel limitlərdə sürməkdə ən böyük ustalardandır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*