Aston Martin Fetteli saxlamaq istəyir

Aston Martin komandası təcrübəli Sebastyan Fetteli heç bir yerə buraxmaq istəmir.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu Aston Martinə keçən il transfer olunub və Azərbaycan yarışında ikinci olaraq podium görüb. Almaniyalı pilot bu mövsümə də yaxşı başlayıb və onun aktivində 5 xal var.

Sebastyan Fettelin müqaviləsi ilin sonunda başa çatacaq və Fernando Alonsonun “yaşıllar”ın sıralarına qatılacağı iddia edilir. Ancaq Aston Martin-in ilk hədəfi Sebastyan fetteli komandada saxlamaqdır.

Komandanın rəhbəri Mayk Krek bu barədə belə danışıb: “Fikrimiz qətidir: Sebastyan ilə yola davam etmək istəyirik. Əgər əlinizdə onun kimi pilot varsa, saxlamalısınız. O həm istedadlı pilot, həm də pozitiv xarakterli bir adamdır. Builki performansı da onun çox istəkli olduğunu göstərir. Buna görə də onunla davam etmək istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*