17 İyun 2019, Bazar ertəsi - 16:58

M.Binotto: “Əksəriyyət bizi müdafiə edir”

M.Binotto: “Əksəriyyət bizi müdafiə edir”

Müəllif: Rauf Hacıyev, redaktor

09:24 - 10 İyun, 2019

Ferrari komandasının rəhbəri Mattia Binotto sürücüsü Sebstyan Fetteli müdafiə edib.

F-1.az xatırladır ki, Fettel yarışın 48-ci dövrəsində tras xaricinə çıxıb və geri dönən zaman Həmiltonu divara sıxdığı üçün 5 saniyə cəza alıb. Buna görə də finiş xəttini birinci yerdə keçdiyi halda, ikinciliyə razı olub.

Mattia Binotto: “Əksəriyyət burada cəzaya ehtiyac olmadığını deyir. Fettelin pis niyyəti yox idi. Bütün yarış ərzində öndə idi və bizim üçün qalib odur. Mövsüm bitmədi və məlumatlar bacacağıq. Fettel bütün yarış ərzində limitlərdə sürdü. Trasa qayıdanda da asfaltla ilişməsi yox idi. Hamı bir neçə saat ərzində sakitləşəcək. Daha sonra zəif və güclü olduğumuz yerlərə baxmalıyıq. Bu gün biz qalib gəldik və ən sürətli komanda biz idik. Bu, vacibdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 73
Teqlər , , , ,
Paylaş

logo