S.Fettel: “Harda səhv etdiyimizi tapmalıyıq”

Rusiyada ikinci sərbəst yürüşləri vaxtından əvvəl dayandıran Sebastyan Fettel bildirib ki, boliddəki problemi həll etməlidirlər...

F-1.az xatırladır ki, Sebastyan Fettel ikinci sərbəst yürüşlərdə bolidini start-finiş düzlüyündə dayandırmalı olub. Fettel radio vasitəsilə komandasına güc itirdiyini və elektrik sistemində olan problemə görə seansı vaxtından əvvəl dayandırdığını deyib.

Sebastyan Fettel: “Elektrik sistemində problem oldu. Hələki problemin nə olduğunu bilmirik, amma bunu araşdıracayıq.

Mən əminəm ki, problemi həll edəcəyik, amma nə baş verdiyini başa düşməliyik.

Son 1 saat ərzində trasa çıxa bilmədik və bu bizi məyus edir. Bundan başqa yarış tempində dövrələr ata bilmədik. Bolidin yarış tempində necə olduğunu görmədik.

Rəykkönen komanda üçün çox dəyərli məlumatlar topladı. Bundan başqa digər komandaların nəticələrini təhlil edib, nəsə öyrənə bilərik”.

Sebastyan Fettel komandasının yarışda neçənci yeri tuta biləcəklərindən danışıb: “Bu barədə nəsə demək çətindir. Hələki balansla bağlı problemlər var, amma inkişaf edə bilərik.

Səhər tras çox sürüşkən idi və ilk iki dövrəmdə yerimdə fırlandım. Nahardan sonra isə belə problemim olmadı və bu bizim üçün əla xəbərdir!

Yarış üçün hələ tam hazır olmasaq da, vəziyyət pis deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*