Təkərlərin dəyişdirilməsindən sonra Lyuis hərəkətə başlayanda öndəki sağ təkəri ilə bir mexaniki vurdu və o, yerə düşdü. Xoşbəxtlikdən mexanik xəsarət almadı, lakin stüardlar insidenti standart ifadə ilə – avtomobilin trasaya təhlükəsiz olmayan şəkildə buraxılması kimi qiymətləndirirlər.
Potensial olaraq yeddiqat dünya çempionuna 5 saniyəlik cəza tətbiq oluna bilər və bunun nəticəsində o, dördüncü yerdən beşinci yerə düşə bilər.





