15 Oktyabr 2019, Çərşənbə axşamı - 12:48

Beş gündən sonra yeni Ferrari-ni görəcəyik?

Beş gündən sonra yeni Ferrari-ni görəcəyik?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:48 - 13 Yanvar, 2016

Adətən hər il yanvarın ikinci yarısında çempionatın iştirakçıları yeni maşınlarını təqdim edərdilər – amma hələ də heç bir komanda 2016-cı il mövsümü üçün hazırladığı yeni maşının təqdimetmə yeri və tarixi haqqında məlumat verməyib…

Çox güman ki, komandaların çoxu təqdimatı ən son günədək təxirə salmaqla, yeni maşınlarını Barselonada keçiriləcək ilk mövsümöncəsi testlər ərəfəsində göstərəcəklər. İlk testlər Katalunya trasında fevralın 22-də başlayacaq, lakin istisna deyil ki, biz yeni Ferrari-ni gələn həftənin ilk günü görəcəyik.

Skuderiyanın mətbuat xidməti rəsmi Twitter bloqunda maraqlı xəbər paylaşıb: “Biz elə bir şey hazırlayırıq ki, heç vaxt beləsi olmamışdı. Siz hazırsınız? #ReadySetRed“.

F-1.az bildirir ki, xəbərlə birlikdə komandanın rəsmi saytında olan xüsusi səhifəyə keçid də paylaşılıb, həmin səhifədə isə gerisayım başlayıb. İstisna deyil ki, bu zaman göstəricisi məhz yeni maşının təqdimatına qalan vaxtdır. İstənilən halda, beş gün gözləməyimiz lazımdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 565
Teqlər , ,
Paylaş

logo