J.Vilnöv: Ferrari hər şeyə sıfırdan başlamalıdır

Sabiq Formula1 sürücüsü Jak Vilnöv düşünür ki, Ferrari hər şeyə sıfırdan başlamalıdır.

F-1.az xatırladır ki, Ferrari bu mövsüm bərbad gündədir və hazırda ən sürətli 4-6-cı komandadır.

Jak Vilnöv: “Ferrari hər şeyə yenidən başlamalıdır. Komandanın qarşısında çətin vəzifələr var və zirvəyə qayıtmaları çox vaxt alacaq.

Ferrari əsl italyan komandası olmaq istəyir, ancaq bu, müasir Formula1-də uğurlu yol deyil. Maaşlara nə olursa-olsun, ən yaxşı mühəndisləri cəlb etməlidirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*