22 Noyabr 2019, Cümə - 22:22

S.Fettel: “Ferrari yaxşı işləmədi”

S.Fettel: “Ferrari yaxşı işləmədi”

Müəllif: Rauf Hacıyev, redaktor

18:45 - 28 May, 2016

Sebastyan Fettel bildirib ki, Ferrari sıralanma turunda yaxşı işləməyib və buna görə də poul əldən gedib.

F-1.az xatırladır ki, Fettel sonuncu sərbəst yürüşlərdə ən sürətli sürücü olmuşdu. Sıralanma turunun sonuncu sessiyasında isə Fettel bolidin pis təsir bağışladığını deyərək, sonuncu cəhdini başa vurmamış boksa qayıdıb. Fettel Rikkardodan 1 saniyə geri qalaraq, 4-cü yeri tutub.

Sebastyan Fettel: “Yaxşı başladıq. Özümüzə güvənirdik və daha sonra asfalta ilişmədə maksimumu tapa bilmədik. Rəqiblərimizin əksinə, biz sürətlənə bilmədik.

Daha yaxşı işləməliydik və işləyə bilərdik. Vəziyyət belədir. Artıq sabaha fokuslanmalıyıq.

Görünüdüyü qədər geridə olduğumuzu düşünmürəm. Bu gün poul mübarizəsi verə bilərdik, amma boliddən maksimumu çıxara bilmədik.

Bolidimiz sürətlidir. Bu barədə şübhəm yoxdur. Səhər yaxşı başlamışdıq. 4-cü gün problemlər var idi. Önümüzdəkilərin edə bildiyi və bizim edə bilmədiyimiz heç nə yox idi. Ancaq bunu bacara bilmədik. Buna görə də problem var”.

Fettelin komanda yoldaşı Kimi Rəykkönen isə seansı daha geridə, 7-ci yerdə tamamlayıb. Finlandiyalı sürücü ötürmələr qutusu cəzasına görə startda 5 yer itirəcək və sabahkı yarışa 12-ci yerdən başlayacaq.

Kimi Rəykkönen: “Bütün həftə çətin keçdi. Təkərlərin işləmə aralığına görə son həddəyik. Arxa təkərləri sürüşdürsəniz, ya da öndən sürüşmə yaşasanız, sonrakı hissələrdə problem yaşayırsınız”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 310
Teqlər , ,
Paylaş

logo