Ş.Lekler: Yaxşı iş görmədim

Ferrari komandasını sürücüsü Şarl Lekler gördüyü işdən razı qalmayıb.

F-1.az xatırladır ki, monakolu sürücü Portuqaliyadakı sıralanma turunda 8-ci olub və bu mövsüm ilk dəfə komanda yoldaşı Karlos Saynsdan geridə qalıb.

Şarl Lekler: “Lazımi səviyyədə deyildim. Sıralanam turu ərzində qeyri-stabil idim. Külək işimizi çətinləşdirdi. Ancaq vəziyyət hamı üçün eyni idi. İkinci sessiyadakı performansım yaxşı idi, çünki Medium təkərlərlə son sessiyaya qala bildim. Lakin son sessiyada yaxşı iş görə bilmədim. Karlos isə yaxşı iş gördü.

Yarışda orta qrup bir-birinə yaxın görünür. Kim az səhv eləsə, öndə qalacaq. Küləyə görə bolidin arxasını itirmək təhlükəsi var. Maşın çox sürüşür. Ümid edirəm ki, startda yer itirmərəm. Çünki orta qrupda Medium təkərlə başlayan tək sürücü mənəm və bu təkərləri qızdırmaq çox çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*