K.Sayns xəbərdarlıq, Ferrari pul cəzası alıb

Ferrari komandasının sürücüsü Karlos Sayns bu il üçüncü dəfə xəbərdarlıq alıb.

F-1.az bildirir ki, ispaniyalı sürücü Monakodakı üçüncü sərbəst yürüşlərdə Ləns Strollu bloklayıb. Sessiyadan sonra stüardlar insidenti araşdırıblar və məlum olub ki, Ferrari komandası Saynsa düzgün məlumat verməyib. Buma görə də Karlos rəqibi Lənsi bloklayıb. Stüardlar Saynsa xəbərdarlıq, Ferrari-yə isə səhv məlumata görə 25 min avro pul cəzası verib.

Qeyd edək ki, bu, 27 yaşlı pilotun builki üçüncü xəbərdarlığıdır. Sayns daha iki xəbərdarlıaq alsa, yarışın startında 10 yer itirəcək.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*